Koreya Konstitusiya Məhkəməsi
Koreya Konstitusiya Məhkəməsi, Cənubi Koreyanın müstəqil və ixtisaslaşmış məhkəməsidir, əsas vəzifəsi Koreya Respublikası Konstitusiyasına uyğun olaraq konstitusiyanı nəzərdən keçirtməkdir. Hökumət qurumları arasındakı səlahiyyət mübahisələrinə hökm vermək, ittihamlar ilə bağlı son qərarlar vermək və siyasi partiyaların ləğvi ilə bağlı qərar vermək kimi inzibati hüquq funksiyalarına da malikdir.
== Status ==
Konstitusiya, Qanunverici, İcra və Məhkəmə sistemlərindən başqa ayrı bir fəsildə Konstitusiya Məhkəməsinin müstəqil statusunu və səlahiyyətini təmin edir. Hakimiyyət bölgüsünə görə, Məhkəmə Milli Məclis, Prezident və Ali Məhkəmə ilə birlikdə Konstitusiya ilə verilmiş səlahiyyətini həyata keçirir və onu xalqın digər ali qurumları ilə bərabər edir. Ümumiyyətlə Cənubi Koreyadakı Konstitusiya Məhkəməsinin ilk növbədə Avstriya və Almaniyadakı konstitusiya məhkəmələrinə istinad etdiyi güman edilir.
==== Konstitusiya mübahisələri üçün son vasitə ====
Konstitusiya Məhkəməsi, nizamnaməyə konstitusiya baxışı, konstitusiya şikayətləri, hökumət qurumları arasındakı səlahiyyət mübahisələri, yüksəkvəzifəli dövlət məmurlarının impiçmenti və siyasi partiyaların ləğvi ilə bağlı səlahiyyətlərə malikdir. Yuxarıda göstərilən məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin qərarı bütün dövlət qurumlarını və yerli özünüidarə orqanlarını bağlayır və şikayət edilə bilməz.
==== Məhkəmə orqanları ====
Məhkəmə qanuni prosedurlarla Konstitusiyanı qoruyur. Məhkəmə, nizamnamələrin konstitusiyaya uyğunluğu, impiçment, siyasi partiyanın ləğvi, səlahiyyət mübahisələri və konstitusiya şikayətləri zamanı, Konstitusiya mübahisələrini həll etmək və onun pozulmasının qarşısını almaq üçün Konstitusiyanı şərh edir və tətbiq edir.
==== Əsas hüquqların qorunması ====
Məhkəmə insanların əsas hüquqlarını təmin edir.